SON XƏBƏRLƏR

Taliban İranla müharibəyə hazır vəziyyətdədir

2023.08.08, 13:55
Taliban İranla müharibəyə hazır vəziyyətdədir

“Taliban İranla sərhədə kamikadzelərlə yanaşı, hərbi texnikaları, döyüş sursatları və Amerikadan qalmış silahları göndərməklə bu ölkə ilə müharibəyə hazır vəziyyətdə olduğunu göstərir" . Bunu Blumberq qəzeti iddia edib.

Gunaz.tv

“Hirmənd çayı üzrə su payı münaqişəsi barədə Tehranla  Kabil arasında diplomatik təmaslar olduğu bir halda İranın prezidenti İbrahim Rəisi Əfqanıstanı hərbi müdaxilə ilə hədələyib. Ona görə də Taliban İranla müharibəyə hazırlaşıb. İranla Əfqanıstan arasında hərbi toqquşma olarsa,  bölgədə sabitlik pozula bilər.” -deyə qəzet yazır.   

Xatırladaq ki, Əfqanıstan ilə İran arasında Hirmənd çayının su payı huququ barəsində bir neçə müddətdir münaqişə yaranıb. Hirmənd çayı Əfqanıstan ərazisindən  axaraq İranla müəyyən su sərhədi yaradır.  Bu səbəbdən İran çayın suyundan pay tələb edir.

Qeyd edək ki, Talibanın rəsmilərindən biri Rəisinin hədəsini lağa qoyaraq Hirmənd çayından 1 sarı kanistr su doldurub Rəisiyə xitabən demişdir: “al bu suyu və bizi qorxutma!”

Onu da bildirək ki,  sarı kanistrlər Talibanın kamikadze həmlələrinin simvolu hesab olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar