SON XƏBƏRLƏR

İranda dərman qıtlığı kəskin artıb

2023.08.08, 15:49
İranda dərman qıtlığı kəskin artıb

Dərmanların idxalı üçün Mərkəzi Bank tərəfindən lazımi valyuta ayrılmadığına görə İranda növbəti dəfə vacib dərmanların çatışmazlığı yaranıb.

Gunaz.tv

İran parllamentinin Səhiyyə Komissiyasının üzvü Salman İshaqi hazırda ölkədə 200 növ dərmanın tapılmadığını deyib.

"Dərman qıtlığı və hakimiyyətin məsələyə laqeyd münasibəti ölüm hallarının artmasına səbəb olub",- komissiya üzvü bildirib.

Qeyd edək ki, bundan əvvəl Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi də deyib ki, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu, dərman bazarının yarısını belə,  əhatə etmir.

“Dərman idxalçılarının və xammalın likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara baxmayaraq, praktiki olaraq, hökumət dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli tədbir görməyib",- deyə, Həmid Xoyi bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar