SON XƏBƏRLƏR

Səhənd Nurməhəmmədzadə Kirman həbsxanasına köçürülür

2023.08.09, 16:26
Səhənd Nurməhəmmədzadə Kirman həbsxanasına köçürülür

Tehranın Qızılhisar həbsxanasında saxlanılan güneyli idmançı Səhənd Nurməhəmmədzadə 10 illik həbs cəzasını çəkmək üçün Kirman şəhərinin Kəhnuc həbsxanasına köçürülür.

Gunaz.tv

Səhənddin ailəsinin verdiyi məlumata görə, avqustun 8-də Kirman həbsxanasına köçürülməsi üçün ondan əşyalarını toplaması istənilib.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar