SON XƏBƏRLƏR

Amerika İran prezidentinin icbari hicaba təkid etməsini qınayıb

2023.08.10, 11:32
Amerika İran prezidentinin icbari hicaba təkid etməsini qınayıb

Amerikanın XIN sözçüsü Metyu Miller qadınların örtünmə sərbəstliyini vurğulayaraq, Vaşinqtonun İranda insan haqlarını pozanlara qarşı beynəlxalq ölçü götürüləcəyini bildirib.

Gunaz.tv

Xatırladaq ki, İranın prezidenti İbrahım Rəisi avqustun 9-da keçirilmiş bir tədbirdə çıxışı zamanı cəmiyyətdə hicaba qarşı mənfi münasibətlərin artdığına toxunaraq, “Hicabsız sərgilənmə hərəkətlərinin” birdəfəlik yığışdırılmasını tələb etmişdi. 

Amerikanın XIN sözçüsü Metyu Miller isə “Qadınlar İranda və dünyanın dörd bir yanında sərbəst olmalı və istədiklərini geyinməlidirlər. İran qadınları hakimiyyətin axtarış texnologiyaları və yaxud hər hansı başqa metodla onlara nəzarət etməyindən qorxmamlıdırlar” -deyə,  həftəlik xəbər toplantısında bildirib. 

Qeyd edək ki, Almaniyanın rəsmi televiziyası bir müddət öncə bu ölkənin Boş Firmasının istehsalı olan, sifətləri analiz və ayırd edə bilən kameraların İrana satıldığını demişdi.  Firma satışı təsdiqləmiş, lakin həmin kameraların sifəti ayırdetmə texnologiyasına malik olmadığını demişdi.

Vurğulayaq ki, İran sifət cizgilərini ayırdetmə kameraları və sistemlərini hələ bir neçə il öncə Çindən alıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar