SON XƏBƏRLƏR

FİFA-dan İrana xəbərdarlıq- Qadınlar stadiona buraxılsın!

2023.08.10, 13:03
FİFA-dan İrana xəbərdarlıq- Qadınlar stadiona buraxılsın!

FİFA və Asiya Futbol Konfederasiyası İran Futbol Federasiyasına ayrı-ayrılıqda məktublar göndərməklə, qadınların stadionlara buraxılmamasına görə xəbərdarlıq edib.

Gunaz.tv

Məktubda bildirilib ki, İran Premyer Liqasının bu dövründə qadınların stadionlara girişinə icazə verilməyəcəyi təqdirdə İran Futbol Federasiyası ağır nəticələrlə üzləşəcək.

Məktublarda qəti şərt irəli sürülüb.  Bu,  İranın idman orqanlarını Tehranın Azadi Stadionuna qadınların girişinə icazə verilməsi ilə yanaşı,  şəhər komandalarının stadionlarına da qadın azarkeşlərin buraxılması barədə ciddi düşünəyə məcbur edib.

Qeyd edək ki, bundan əvvəl qadınların futbol yarışlarını izləmək üçün stadionlara buraxılacağı barədə İran rəsmilərinin və Futbol Federasiyasının vədləri özünü doğrultmayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar