SON XƏBƏRLƏR

Çin Tayvan boğazına onlarla hərbi gəmi və təyyarə göndərdi

2023.08.10, 15:28
Çin Tayvan boğazına onlarla hərbi gəmi və təyyarə göndərdi

“Çinin 5 hərbi gəmisi Tayvan Boğazı orta xəttindən ötəndən sonra ordumuz onları izləyib.” Bunu Tayvanın Müdafiə Nazirliyi bildirib.

Gunaz.tv

“Çinin ordusu avqustun 9-u səhər saat 6-dan sabahısı gün səhər saat 6-dək Tayvan boğazına 33 qırıcı və 6 hərbi gəmi göndərib. Məqsəd Tayvana təzyiqin artırılmasıdır. Çinin J-10 və J-16 qırıcıları boğazdan ötərək adanın cənub-qərb bölgələrinədək uçublar.”  Bu barədə  nazirliyin bildirişində qeyd olunub. 

Xatırladaq ki, Tayvan Çinin belə təzyiqlərinə qarşı Amerikadan 345 milyon dollar dəyərində hərbi sursat, o cümlədən havadan müdafiə sistemləri, nəzarət, xəbərdarlıq  cihazları, raket və raketatar aldığını açıqlayıb. 

Qeyd edək ki, adanın əhalisi çin kökənli olsa da,   Çin Xalq Respublikasına hakim Kommunist Partiyasının tətbiq etdiyi qeyri -demokratik siyasətə qarşı çıxırlar.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar