SON XƏBƏRLƏR

Ərdəbilin məşhur Balıqlı çayı qurudu

2023.08.11, 10:00
Ərdəbilin məşhur Balıqlı çayı qurudu

Ərdəbil şəhərinin ortasından keçən məşhur Balıqlı çay tamamilə quruyub.

Gunaz.tv

Bu barədə yerli media orqanları məlumat yayıb.

Çayda yaşayan çox sayda balıq və başqa su canlılarının hamısı məhv olub.

Çayın quruması və balıqların tələf olması nəticəsində şəhəri bürüyən qoxu ərdəbillilərin etirazlarına səbəb olduğuna görə şəhər prokurorluğu məsələyə müdaxiə etməyə məcbur olub.

Calal Afaqi qoxunun balıqların ölməsi nəticəsində meydana gəldiyini təsdiq edərək, çayın qurumasında təqsirli bilinənlərin məsuliyyətə cəlb olunacaqlarına söz verib.

Çayın qurumasında iqlim dəyişikliyi ilə yanaşı, qaydasız su anbarlarının, kanalların və balıqçılıq sahələrinin qaydasız tikintisinin səbəb olduğu bildirilir.  

Qeyd edək ki, Savalan ətəklərindən qaynaqlanan və Ərdəbil şəhərinin içindən keçərək Qarasu çayı ilə birləşən Balıqlı çay Ərdəbilin təbii simvollarından biri sayılır.

Bununla yanaşı,  Balıqlı çay sahilləri ərdəbillilərin və şəhərə gələn qonaqların ən məşhur istirahət və gəzinti yerlərindən biridir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar