SON XƏBƏRLƏR

Mayk Pompeo ABŞ-İran razılaşmasına qarşı çıxdi: "Bu qorxulu sövdələşmədir"

2023.08.11, 11:19
Mayk Pompeo ABŞ-İran razılaşmasına qarşı çıxdi: "Bu qorxulu sövdələşmədir"

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Vaşinqton-Tehran arasında məhbusların mübadiləsi üçün İranın 6 milyard kollar dondurulmuş vəsaitinin sərbəst buraxılmasını tənqid edib.

Gunaz.tv

"Sadəcə, amerikalı girovları bir həbsxanadan digərinə köçürmək üçün Tehran qəssablarına 6 milyard dollar ödəmək dəhşətli sövdələşmədir. İran amerikalıların girov saxlanmasından xeyir götürməməlidir",- Pompeo qeyd edib.

Qeyd edək ki, İranla-ABŞ arasında baş tutan razılaşmaya əsasən,   İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb və İranın dondurulmuş vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib.

ABŞ-ın xarici işlər naziri Entoni Blinkin isə bu razılaşmanın İrana qarşı tətbiq edilən sanksiyalarla heç bir əlaqəsinin olmadığını və sanksiyaların yumuşaldılmayacağını deyib.

Razılaşma xaricdə yaşayan iranlı müxaliflər tərəfindən də pislənilib. Onlar ABŞ hökumətinin bu addımının Tehranı başqa şəxsləri də girov götürmək üçün cəsarətləndirəcəyini deyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar