SON XƏBƏRLƏR

İran məhbusların mübadiləsi qarşılığında azad olunmuş pullardan məhdudiyyətlə istifadə edə biləcək- Ağ Ev

2023.08.12, 11:24
İran məhbusların mübadiləsi qarşılığında azad olunmuş pullardan məhdudiyyətlə istifadə edə biləcək- Ağ Ev

“İran azad olunmuş pullardan məhdudiyyətlə istifadə edə biləcək. Amerika həmin məbləğlərin necə xərclənəcəyindən tamamilə məlumatlı olacaq.” Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Gunaz.tv

“Həmin məbləğlər ancaq qida məhsulları, hərbdə istifadəsi olmayan dərman və tibbi cihazların alınmasına sərf edilə  bilər. Məbləğlər dəqiq satandardlara əsasən və Amerikanın Maliyyə Nazirliyinin fikri əsasında xərclənəcək. 

Dondurulmuş məbləğlərin Cənubi Koreyadan Qatara köçürülməsi üçün heç bir problem yoxdur. İran onları Qatara köçürüləndən sonra əldə edə bilər.”

Xatırladaq ki, İranın XİN avqustun 11-də bildirmişdir: “ Həmin vəsaitdən və maliyyə resurslarından necə istifadə edilməsi İranın öz səlahiyyətində qalır.” 

Bu isə Con Kirbinin açıqlaması ilə uzlaşmır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar