SON XƏBƏRLƏR

İsrail İranla ABŞ razılaşmasının genişləndirilməsindən narahatdır

2023.08.12, 14:29
İsrail İranla ABŞ razılaşmasının genişləndirilməsindən narahatdır

Amerikada müxtəlif rəsmilərin və siyasi xadimlərin Tehran və Vaşinqton arasında amerikalı girovların azad edilməsi ilə bağlı son razılaşmaya etirazları davam edir.

Gunaz.tv

Bununla eyni vaxtda israilli mənbə İsrail hökumətinin İranla Amerika arasındakı razılaşmasının genişləndirilməsindən narahat olduğunu deyib.

Bu barədə "İran İnternaşnal" adının çəkilməsini istəməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.

"ABŞ və İran arasında təklif olunan razılaşma sadə anlaşma deyil, tam razılıqdır. Bu razılaşmanın hələ açıqlanmayan başqa tərəfləri də var",- İsrail mənbəyi  bildirib.

Mənbənin sözlərinə görə, Co Bayden hökuməti bu “müqavilə”ni ABŞ Konqresinin təsdiqi üçün razılaşma deyil, anlaşma adlandırıb.

Qeyd edək ki, İranla-ABŞ arasında baş tutan razılaşmaya əsasən,   İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb və İranın dondurulmuş vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib.

ABŞ-ın xarici işlər naziri Entoni Blinkin isə bu razılaşmanın İrana qarşı tətbiq edilən sanksiyalarla heç bir əlaqəsinin olmadığını və sanksiyaların yumuşaldılmayacağını deyib.

Razılaşma xaricdə yaşayan iranlı müxaliflər tərəfindən də pislənilib. Onlar ABŞ hökumətinin bu addımının Tehranı başqa şəxsləri də girov götürmək üçün cəsarətləndirəcəyini deyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar