SON XƏBƏRLƏR

İran vətəndaşının İsraildə casusluq məqsədi ifşa olunub

2023.08.12, 14:37
İran vətəndaşının  İsraildə casusluq məqsədi ifşa olunub

İsrailin İnformasiya və Daxili Təhlükəszilik Təşkilatı (Şin Bet) İran vətəndaşı olan bir yahudini şübhəli şəxs kimi saxlayıb.

Gunaz.tv

Təşkilat avqustun 11-də açıqlayıb ki, saxlanılan  şəxs İranın təhlükəsizlik qüvvələrinə casusluq niyyətində olub. Onun İsraildə qohumları var və onlarla görüşmək bəhanəsi ilə bu ölkəyə səfər edib. O, İsrailin hava limanına enən kimi saxlanııb və istintaqa götürülüb.

Şübhəli şəxs istintaq zamanı etiraf edib ki, İranın təhlükəsizlik rəsmilərinin istifadəsi üçün informasiya toplamaq və şəkillər çəkmək məqsədi ilə səfər edib. Həmçinin,  etiraf edib ki, səfərindən öncə İranın bir sıra təhlükəsizlik rəsmiləri ilə görüşüb. Onlar kameranı, əl telefonunu və "adaptrı" yerləşdirmək üçün xüsusi bir salfet qutusunu ona veriblər.

Şin Bit habelə əlavə edib ki, saxlanılan şəxs etiraflarının davamında bildirib ki, İranın təhlükəsizlik rəsmiləri ona verilmiş xüsusi əl telefonu ilə əlaqə saxlayaraq, şəkil çəkmək və informasiya toplamaq üçün lazım olan məkanların ünvanını ona ötürəcəkmişlər. 

Təşkilat açıqlayıb ki, saxlanılan şəxs istintaq və  tədqiqat bitəndən sonra   İrana geri göndərilib və həmişəlik İsrailə gəlmək haqqından məhrum edilib.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar