SON XƏBƏRLƏR

Güneyli milli fəallar təhdid edilib

2023.08.14, 11:26
Güneyli milli fəallar təhdid edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycanın müxtəlif bölgələrində olan milli fəallara qarşı təhdid zəngləri ediblər.

Gunaz.tv

Bu, avqustun əvvəllərində Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərin təhlükəsizlik məmurlarının fəallara zəng edərək,  onlardan bir sıra sualları cavablandırmaq üçün idarələrə gəlmələrini  tələb edəndən  sonraya təsadüf edir.

Fəallar bundan öncəki çağırışları qanunsuz adlandırıb.  Rəsmi çağırış arayışı tələb edərək idarələrə getməkdən imtina etmişdilər.

Son iki gündə isə Tohid Əmirəmini, Yusif Kari, Fərşid Piçqanlı, Mehrdad Şeyxi və başqalarına zəng vuraraq təhdid ediblər.

Təhlükəsizlik əməkdaşları bildiriblər ki, onlar idarələrə gəlməsələr, barələrində ölçü götürüləcək.

Milli fəallara  deyilib ki, fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə məmurlar  onlara qarşı sərt tədbirlər görəcək və sözügedən idarə bu şəxslər qarşısında heç bir məsuliyyət daşımayacaq.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar