SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı aksiyalar keçirilib

2023.08.14, 12:33
Urmu gölü ilə bağlı aksiyalar keçirilib

Son iki gün ərzində Güney Azərbaycanın müxtəlif bölgələrində bərpa layihələrinin icra edilməməsi nəticəsində Urmu gölünün qurudulmasına etiraz aksiyaları keçirilib.

Gunaz.tv

Təbriz şəhərində bir qrup fəal qadın  Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit Təşkilatının qarşısına toplaşaraq,  hökumətin ekoloji fəlakətə laqeyd münasibətinə etiraz ediblər.

"Bəndləri sındırın, Urmu gölünü doldurun!", "Urmu gölü susuzdur!" və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakimiyyətdən gölün bərpası layihələrini yerinə yetirməyi tələb ediblər.

Bununla yanaşı, Urmu şəhərində də oxşar aksiyalar keçirilib.

Ekofəallar Urmu gölünün acınacaqlı durumunu əks etdirən poster, plakatlar qaldıraraq, şəhərin müxtəlif məhəllələri və ictimai yerlərində vətəndaşları gölün qurumasının gətirəcəyi fəlakətlər barədə məlumatlandırıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar