SON XƏBƏRLƏR

İranlı rejissor həbs edildi

2023.08.15, 11:08
İranlı  rejissor həbs edildi

“Etemad Online” xəbər verir ki, “Leylanın qardaşları” (“Leila's Brothers”) filminin rejissoru Səid Rustayi 6 ay həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Səid Rustayi “Leylanın qardaşları” filmini çəkdiyi və Kann Film Festivalında nümayiş etdirdiyinə görə rejim əleyhinə təbliğat aparmaq ittihamı iləhəbs cəzasına məhkum edilib.

Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı “Leylanın qardaşları” filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar