SON XƏBƏRLƏR

İrandan 11 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

2023.08.15, 12:08
İrandan 11 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Xəzər dənizinin cənub istiqamətində İrandan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Gunaz.tv

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və  Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə  ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar