SON XƏBƏRLƏR

Tehran bazarında güclü yanğın olub

2023.08.15, 12:29
Tehran bazarında güclü yanğın olub

Avqustun 15-i saat 02 radələrində Tehranın 3 qatlı Ahəngəran bazarında güclü yanğın olub.

Gunaz.tv

Bu barədə Tehran Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsi və Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda yanğın nəticəsində 30 mağazanın tamamilə yanaraq kül olduğu bildirilir. Bazarın anbarının isə çox hissəsi yanıb. 

Yanğın səhər saatlarında söndürülüb və hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Mağaza sahibləri sosial mediada paylaşımlar edərək yanğının söndürülməsi üçün hökumətin yetərli və yararlı texnika cəlb edə bilmədiyini yazıblar.

Onlar bildiriblər ki,  yanğın vaxtında söndürülmədiyinə görə  iş adamlarına böyük ziyan dəyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar