SON XƏBƏRLƏR

Prezident İlham Əliyev “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib

2023.08.15, 14:23
Prezident İlham Əliyev  “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.

Gunaz.tv

Dövlət başçısı zavodu işə salıb,  istehsal prosesi ilə yaxından tanış olub. Prezidentə  məlumat verilib ki,  zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə  həyati vacib venadaxili dərman məhlulları istehsal olunacaq.

Müəssisənin illik istehsal gücü 20 milyon litrdir.

Qeyd olunub ki,  ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir.

Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb.

Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə, istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb.

Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar