SON XƏBƏRLƏR

Gürcüstanlı yəhudi tacir SEPAH-ın terror cəhdləri barədə danışıb

2023.08.15, 15:58
Gürcüstanlı yəhudi tacir SEPAH-ın terror cəhdləri barədə  danışıb

Gürcüstanlı-israilli yəhudi tacir Eytzik Moşe Gürcüstanın ərazisində SEPAH-ın terrora cəhdləri barədə yeni detalları ifşa edib.

Gunaz.tv

“Ötən il ərzində doğulduğum Tbilisidə 3 dəfə öldürülməyimə cəhd edilib.  Hər üç cəhd Gürcüstanın təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində baş tutmayıb.  2 dəfə bıçaqla, üçüncü dəfə isə atəş açmaqla məni öldürmək istəyiblər.  
Üçüncü dəfə məni öldürmək istəyəndə Gürcüstanın təhlükəsizlik qüvvələrinin əvvəlcədən silaha müdaxiləsinə görə  atəş açılmayıb. Gürcüstan rəsmilərinin tədqiqatlarına əsasən,  bu həmlələrin arxasında SEPAH dayanıbmış.” -deyə  tacir Moşe açıqlayıb. 

Qeyd edək ki, Moşe 1970-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə doğulub, 12 yaşında ikən ailəsi ilə İsrailə köçüb. 

SSRİ çökəndən sonra Yəhudi Agentliyinin ilk təmsilçisi olaraq ölkəyə qayıdıb. Bir müddət sonra Agentlikdən çıxıb və İsrailin Evi adında təşkilatı təsis edib. Məqsəd isə İsrailin Şərqi Avropa ölkələri ilə əlaqələrinin artırılması olub.

Onun SSRI-dən ayrılıb müstəqil olmuş respublikaların İsraillə əlaqələri sahəsində böyük rolu olub. Rəhbəri olduğu İsrailin Evi qurumu artıq 18 ölkədə fəaliyyət göstərir. 

“Fəaliyyətlərimin digər ölkələrdə, o cümlədən Cənubi Qafqaz bölgəsində artırılması SEPAH-ın mənə qarşı terroruna əsas motivi olub.”-deyə Moşe “The Jerusalem Post” qəzetinə bildirib.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar