SON XƏBƏRLƏR

Əsirlikdə saxlanılan hərbçimizin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur

2023.08.16, 10:06
Əsirlikdə saxlanılan  hərbçimizin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur

Yolu azaraq Ermənistan ərazisinə keçən və qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. “Pastinfo” saytı xəbər verir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər.

Gunaz.tv

Onlar məhkəmə qərarından şikayət verərək, Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edirlər.

Xatırladaq ki,  2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğlu itkin düşüblər.

Onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində yolu azaraq Ermənistan ərazisində keçiblər.

Az sonra isə hər iki hərbçimiz Ermənistan tərəfindən əsir götürülüb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar