SON XƏBƏRLƏR

Qaşqay fəal barədə həbs qərarı çıxarıldı

2023.08.16, 11:39
Qaşqay fəal barədə həbs qərarı çıxarıldı

Fars əyalətinin Şiraz şəhərində yaşayan qaşqayların milli fəallarından olan Əbülfəz Fətullah oğlu Kərəmi ağır həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Şiraz şəhərinin İnqilab Məhkəməsi mədəni fəalın 5 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bildirilib ki, məhkəmə həbs cəzası bitdikdən sonra fəalın 5 il müddətinə ölkədən çıxışına, 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyub.

Əbülfəz Kərəminin dinc mədəni və milli fəaliyyətlərinə görə cəzalandırıldığı qeyd edilib.

Xatırladaq ki, mayın 23-də təhlükəsizlik məmurları Əbülfəz Kərəminin evinə hücum edib, fəalı həbs etdikdən sonra evdə axtarış aparıb, ona məxsus şəxsi əşyalar müsadirə edibər.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayının 3 milyon nəfər olduğu bildirilir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar