SON XƏBƏRLƏR

Parsabadda etiraz aksiyası keçirildi

2023.08.17, 14:26
Parsabadda etiraz aksiyası keçirildi

Ərdəbil əyalətinin Parsabad (Muğan) şəhərində əkinçilər etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə etirazçılar sosial media kanallarında paylaşım ediblər.

Avqustun 16-da Təbii Sərvətlər İdarəsinin qarşısına toplaşan narazılar su kəsintiləri səbəbindən əkin və bağ sahələrinin susuzluqdan quruduğuna etirazlarını bildiriblər.

Onlar bundan əvvəl hökumət nümayəndələri və yerli məsulların su payının veriləcəyi ilə bağlı vədlərinin yalan çıxdığını deyiblər.

Narazılar qeyd ediblər ki, suyun verilməməsi  nəticəsində dəyən zərərin ödənilməsi hakimiyyətin üzərinə düşsə də, əkinçilərə heç bir vəsait ödənilmir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar