SON XƏBƏRLƏR

Gilanda 11 fəal həbs edilib 

2023.08.17, 15:49
Gilanda 11 fəal həbs edilib 

Gilan əyalətinin Rəşt, Fumən, Lahican və Ənzəli şəhərlərində 11 qadın hüquqları müdafiəçisi həbs edilib.

Gunaz.tv

İnsan haqları fəalları xanım fəalların təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqlarını bildiriblər.

Məlumata görə, hökumət qüvvələri fəalları həbs etmək üçün onların evlərinə basqın edib, zorakılıq göstəriblər.

Hələlik hüquq müdafiəçilərinin həbsinin səbəbləri, barələrində irəli sürülən ittihamlar və haraya aparıldıqları haqda dəqiq məlumat verilməyib.

Ehtimal edilir ki, onlar 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarının ildönümü ilə bağlı keçiriləcək yeni aksiyaların qarşısının alınmasına görə həbs ediliblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar