SON XƏBƏRLƏR

İran xərçəng üzrə dünyanın ilk 10 ölkəsi sırasındadır

2023.08.19, 10:24
İran xərçəng üzrə dünyanın ilk 10 ölkəsi sırasındadır

“Ölkənin əhali piramidası ilə xəstələrin sayını tutuşduranda İranın xərçəng üzrə dünyanın ilk 10 ölkəsi sırasında yerləşdiyini müşahidə edirik.” Bunu Tehranın Behişti adına Universitetinin əməkdaşı açıqlayıb.

Gunaz.tv

“İran əhalisi ən çox xərçəngə tutulmuş ölkələr sırasındadır. Əhalinin yaşı çoxalır və cəmiyyətdə qocalma gedir. Ona görə də xəstəlik amilləri əhalini daha çox təhlükələrə məruz qoya bilər. 

Həmçinin əhalidə xərçəngə tutulma faktorları da artır. Bu xəstəlik İranda ikinci ölüm amilidir.”-deyə universitetin Xərçəng Tədqiqatı Mərkəzinin sədri Dr. Məhəmməd İsmayıl Əkbəri bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın Qaradağ və Urmu Gölü bölgələrində İran hakimiyyətinin ətraf mühit böhranlarına laqeyd yanaşması nəticəsində  xərçəngə tutulma da artmaqdadır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar