SON XƏBƏRLƏR

Güneyli müəllimin həbs cəzası təsdiq edildi

2023.08.21, 15:09
Güneyli müəllimin həbs cəzası təsdiq edildi

Tehranın Evin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin barəsində çıxarılan 5 illik həbs qərarı Tehranın Apellyasia Məhkəməsinin 36-cı bölməsi tərəfindən təsdiq edilib.

Gunaz.tv

Bu barədə Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.

Şura bəyanat yayaraq məhkəmənin qərarını pisləyib və Cəfər İbrahiminin ağır xəstə olmasına diqqət çəkərək həbsin onun həyatına qarşı hakimiyyətin sui-qəsdi olduğunu yazıb.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə - aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

O, "əlbir olmaq və toplaşmaq" habelə "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar