SON XƏBƏRLƏR

“İranla ehtimal olunan razılaşma nigarançılıq doğurur”- Respublikaçı nümayəndələr

2023.08.23, 13:36
“İranla ehtimal olunan razılaşma nigarançılıq doğurur”- Respublikaçı nümayəndələr

Amerikanın Nümayəndələr Palatasının 3 yüksək vəzifəli Respublikaçı nümayəndəsi Amerika ilə İran arasında “bəlli olmayan razılaşma” barədə kəskin nigaran qaldıqlarını bildiriblər.

Gunaz.tv

Palatanın Xarici Əlaqələr Komitəsinin sədri Mişel McKaul, Palatanın Çoxluq Fraksiyasının rəhbəri Stiv Skalis və Palatada Respublikaçıların Partiya Hərəkətlərinin sədri Eliza Stefanik birgə məktubla Bayden administrasiyasına müraciət ediblər. 
Bu barədə Amerika Konqresinin xəbərlərini yayan Hill dərgisi bildirib. 

Onlar birgə məktubla dövləti İranla “məxfi alış-veriş” tənzimləmədində ittiham edib və bu baxımdan “Amerikanın milli təhlükəsizliyinə” yönələn hədələr barədə xəbərdarlıq ediblər.
 
Məktubda amerikalı məhbusların qarşılığı olaraq İranın zəbt olunmuş 6 milyar vəsaitinin buraxılması barədə razılaşma tənqid olunub. Həmçinin qeyd olunub ki, həmin razılaşma Palatanın nümayəndələrində “gizli nüvə arzılaşaması da olunduğu barədə şübhə” doğurub.

“İranın uran zənginləşdirilməsi fəaliyyətini birdəfəlik dayandıra bilməyən hər hansı razılaşma Tehranın nüvə proqramını Amerikanın təhlükəsizliyinə qarşı gücləndirə bilər.”-deyə məktubda qeyd olunub.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar