SON XƏBƏRLƏR

Təbrizdə yenidən elektrik enerjisi kəsintiləri başlayıb

2023.08.25, 11:14
Təbrizdə yenidən elektrik enerjisi kəsintiləri başlayıb

Təbrizin bir çox bölgələrində su kəsintilərinin davam etdiyi bir vaxtda elektrik enerjisi kəsintiləridə artıb.

Gunaz.tv

Bu barədə yerli media və sosial media kanalları məlumat yayıb.

Elektrik enerjisi kəsintisinə görə, Təbriz hava limanının fəaliyyətində problemlər yaranıb, Təbriz-İstanbul uçuşu bir saat gecikib.

Bununla yanaşı avqustun 23-ü gecə saatlarından başlayaraq bir neçə bölgədə, o cümlədən on minlərlə ailənin məskunlaşdığı Əndişə və Nəsr şəhərciklərində elektrik enerjisinin verilişi dayandırılıb.

Avqustun 25-i verilən məlumatlara görə, elektrik enerjisi kəsintiləri bir çox bölgələrdə, o cümlədən şəhərin mərkəzi hissələrində davam edir.

Bildirilir ki, lektrik enerjisi kəsintilərinin davamlı olduğuna görə, ərkəzi küçələrdəki iş yerləri və mağazalar elektrik generatorları quraşdırmağa məcbur olublar.

Timur 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar