SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda bələdiyyə işçilərinə şallaq vurulacaq

2023.08.25, 15:19
Qərbi Azərbaycanda bələdiyyə işçilərinə şallaq vurulacaq

Qərbi zərbaycan əyalətinin Bukan şəhərinin həbs edilən 16 bələdiyyə işçisinə şallaq vurulacaq.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətəbati məlumat verib.

O, bələdiyyə işçilərinin vəzifə səlahiyyətlərin su-istifadə etdikləri və rüşvət aldıqları üçün həbs edildiklərini deyib.

"Saxlanılanlar həbs cəzası, cərimə, dövlət işindən uzaqlaşdırma cəzaları ilə yanaşı, şallaq cəzasınada məhkum ediliblər",- ətəbati bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə bu ilki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar