SON XƏBƏRLƏR

İran-Yaponiya oyununda milli şüarlar səsləndirildi

2023.08.27, 13:19
İran-Yaponiya oyununda milli şüarlar səsləndirildi

Avqustun 26-ı Urmu şəhərində 22-ci Asiya Voleybol Çempionatı çərçivəsində İran-Yaponiya qarılaşması olub.

Gunaz.tv

Oyunda 3:0 hesablı qələbə qazanan Yaponiya Asi

Qarşılaşmanı izləməyə gələn azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər.

Onlar, Urmu gölünün acınacaqlı durumunu əks etdirən şüarlarla yanaşı "Azərbaycan var olsun, istəməyən kor olsun", "Yaşasın Azərbaycan" şüarları səsləndiriblər.

Azərbaycanlıların İran komandasını dəstəkləmək əvəzinə ekoloji və milli məsələlərlə bağlı şüarlar səsləndirmələri fars dilli sosial media istifadəçilərinin qəzəbli reaksiyası ilə qarşılaşıb.

Onlar azərbaycanlı tamaşaçıları "pantürkist", "separatçı" adlandıraraq, səsləndirilən şüarların İran oyunçularının əhval ruhiyyəsinə mənfi təsir etdiyini, bunun isə komandanın uduzmasına səsən olduğunu iddia ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar