SON XƏBƏRLƏR

İranın hədələri davam etdiyindən qüvvələrimiz bölgədə qalacaq- Pentaqon

2023.08.30, 12:04
İranın hədələri davam etdiyindən qüvvələrimiz bölgədə qalacaq- Pentaqon

“SEPAH-a bağlı qrupların hədələri davam etdiyndən, Amerikanın qüvvələri lazım olana qədər Körfəz bölgəsində qalacaq.” Bunu Pentaqon rəsmisi bildirib.

Gunaz.tv

“Amerika qüvvələri SEPAH-a bağlı qrupların hər hansı hədələri və qeyri-peşəkar hərəkətlərinin qarşısını alamq məqsədi ilə bölgədə qalır. 

Ötən həftələrdə SEPAH-a bağlı qrupların ticarət gəmilərinə problem yaratdıqları və fəaliyyətlərinə mane olduqlarını müşahidə etmişik. 

İranın belə hərəkətləri hələ də davam edir. Ona görə də qüvvələrimizi bölgəyə göndərmişik və qalacaqlar.”-deyə Pentaqonun sözçüsünün müavini Sabrian Sing açıqlayıb.

Xatırladaq ki, ötən illərdə İranın qüvvələri beynəlxalq sularda hərəkət edən ticarət gəmilərini zəbt edib və hələ də bu hərəkətlərinə son qoymayıb. 

İran SEPAH-ın vasitəsi ilə ticarət gəmilərinə PUA həmlələri və təxribat törətmkdə sübutlarla ittiham olunur.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar