SON XƏBƏRLƏR

Xiyavda sel daşqınları baş verdi

2023.08.30, 16:49
Xiyavda sel daşqınları baş verdi

Xiyav (Meşginşəhr) mahalında güclü yağışlardan sonra baş verən sel daşqınları 18 kəndə ziyan vurub.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Qəvidel məlumat verib.

Onun sözlərinə görə, 18 kəndin yolları dağılıb, qaz, elektrik xətləri sıradan çıxıb.

Daha çox əkin və bağ sahələrinin xəsarət aldığını deyən Qəvidel ziyanın hesablanması üçün araşdırmalar aparıldığını deyib.

Yerli sosial media fəalları çox sayda kənd evinin istifadəyə yararsız vəziyyətə düşdüyünü yazıb, əlaqədar qurumların yetərli yardım edə bilmədiklərini bildiriblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar