SON XƏBƏRLƏR

Səməd Behrənginin ölüm sirri

2023.08.31, 15:06
Səməd Behrənginin ölüm sirri

Səməd Behrənginin ölüm səbəbləri barədə çoxlu versiyalar var. Onlardan biri də biri də onun İran Krallığının   İnformasiya və Təhülkəsizliyi Təşkilatı (SAVAk) tərəfindən Araz çayında öldürülməsidir. 

Gunaz.tv

“Telefonla bir dostumdan eşitdim ki, Səməd hadisəyə məruz qalıb. Əmin oldum ki, çayda batıb.

4 nəfərin bölgəyə getməsini qərara alıdıq. 2 gün hər yeri axtardıq. Nəhayət onun meyitini tapdıq. 

Yerli kəndlilər deyidilər ki, onu bir zabitlə görüblər. Lakin kimsə dəqiq nə olduğunu bilmirdi.

Kəndlilər çox hörmətlə yanaşırdı. Meyiti gətirib yudular. 

Səmədin bud və baldır hissəsində batıq görünən ancaq 3 yara var idi.”-deyə Səməd Behrənginin qardaşı Əsəd bu barədə xatirəsini paylaşıb.

Səməd Beherənginin ölümü 4 kitab o cümlədən, Əşrəf Dehqaninin yazdığı “Səmədin ölməsi sirrləri” kitabında araşdırılıb.

Xatırladaq ki, Səməd Behrəngi  24.06.1939-cu il Təbrizin Çərəndab məhəlləsində doğulub. Müəllim olub. Həmçinin sosial tənqidçi olaraq nağıllar yazıb, tərcüməçilik edib. 

Habelə Azərbaycan folkloru üzrə tədqiqatla məşğul olub. Yazdığı nağıllardan “Ulduz və Qarğalar”, “Ulduz və Danışan Qolçaq” nağıllarını qeyd etmək olar. 

Onun ən məşhur nağıl kitabı “Balaca Qara Balıq” adlanır. Kitab müstəqil düşünmə və hadisələrə sinə gərmək motivində yazılıb. 

Taymaz


 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar