SON XƏBƏRLƏR

İranda polis əməkdaşlarının olduğu helikopter qəzaya uğradı

2023.09.02, 13:00
İranda polis əməkdaşlarının olduğu helikopter qəzaya uğradı

İranın Kirmanşah əyalətində, İraqla sərhəddə yerləşən Dalahu bölgəsində göyərtəsində polis əməkdaşlarının olduğu helikopter qəzaya uğrayıb.

Gunaz.tv

Bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.

Qəza nəticəsində aralarında Kirmanşah Polis İdarəsinin rəisi, general Mehdi Hacıyanın da olduğu 5 polis əməkdaşı xəsarət alıb.

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Qeyd edək ki, bu, bir ildən az müddətdə üçüncü vertolyot qəzasıdır. Bundan əvvəl İranın yüksək rütbəli dövlət rəsmilərini daşıyan iki helikopter qəzası qeydə alınıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar