SON XƏBƏRLƏR

"İslam Respublikası artıq bitib"- siyasi aktivist

2023.09.02, 13:03
"İslam Respublikası artıq bitib"- siyasi aktivist

“İslam Respublikası artıq bitib. Bir tərəfdən Rusiyanın və Çinin qucağına düşüb, digər tərəfdən Amerika ilə neft qarşılığında qıda mübadiləsi ilə razılaşıb”. Bunu Tehranda nəşr olunan Keyhan qəzetinin keçmiş məsul müdiri və baş redaktoru vurğulayıb.

Gunaz.tv

Mehdi Nəsiri həmçinin İran dövlətinin  “İstiqlal, Azadlıq, İslam Respublikası” əsas şüarına toxunaraq deyib: “Hal- hazırda İranda “Azadlıq” yoxdur”.

“Rusiyanın qucağındasız. Çin isə sizə diktə edir. Bununla da “İstiqlal”  məhv olub. İslam Respublikası ilkin funksiyalarını yerinə yetirən jurnalitsləri həbs edib. İslam respublikası “İslama” da əməl etmir. 

İslama əməl etdiyinizə sübut kimi mənə  bir nümunə göstərin. Kimsə basqı və güc tətbiq etməklə cəmiyyəti din və şəriət hakimiyyətinə sürükləyə bilməz.

Din alimlərinin əksəriyyəti belə məcburi hicaba qarşıdırlar. 

Hətta,  Kərbəla və Nəcəfdə kimsə məcburi hicab üçün qadınları incitmir.”-deyə Nəsiri İslam Respublikasını tənqid edib.

Taymaz


 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar