SON XƏBƏRLƏR

Təbrizli xanım fəal Armita Pavir məhkəməyə çağırıldı

2023.09.04, 17:09
Təbrizli xanım fəal Armita Pavir məhkəməyə çağırıldı

Təbriz Universtetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi və ictimai fəal Armita Pavir Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat verib.

Çağırış məktubunda ona qarşı "ictimai asayişi pozmaq və ictimai rəyi təhrik etmək" ittihamının irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, Armita Pavir bundan əvvəl 2022-ci il oktyabrın 31-də universitetin qarşısında, 2023-cü ilin iyunun 28-də şəxsi mənzilində həbs edilmişdi.

O, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar