SON XƏBƏRLƏR

Kərəcdə etiraz plakatı asıldı

2023.09.07, 11:00
Kərəcdə etiraz plakatı asıldı

Sentyabrın 6-ı gecə saatlarında Kərəcin mərkəzi küçələrindən birində yerüstü piyada keçidindən etiraz plalatı asılıb.

Gunaz.tv

Milli fəallar İranda hakim şovinizm və panfarsizmin başqa xalqlara qarşı istismarçı siyasətinə etiraz ediblər.

"Məzlum xalqların mədənlərinin və təbii sərvətlərinin talanmasına "yox" deyirik!
İqlimi dəyişdirmək və yandırılmış torpaq strategiyasını həyata keçirməklə İranda insanları köçə məcbur etmək panfarsizm və İranşəhri ideologiyasının əsas hədəflərindəndir. Urmu gölünün qurudulması bu strategiyanın reallaşdırılması yönündə atılan addımdır. İran coğrafiyasında hakim olan bu panfarsizm sisteminin əməllərini qətiyyətlə pisləyirik. Azərbaycanın istismar edilməsinə son verəcəyik!",- plakatda belə qeyd edilib.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə aksiyalar keçirilir.

Aksiyaların genişlənməsi ilə yanaşı, ətraf mühit və milli fəallara qarşı təzyiqlər də artıb.

Son vaxtlar Urmu gölü ilə bağlı keçirilən aksiyalar və edilən çağırışlara görə, onlarla ətraf muhit və mədəni fəal ETTELAAT idarələrinə çağırılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar