SON XƏBƏRLƏR

Tikantəpə və Culfada ağır yol qəzaları- Ölənlər var

2023.09.07, 12:01
Tikantəpə və Culfada ağır yol qəzaları- Ölənlər var

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Gunaz.tv

Bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Məhbubi məlumat verib.

O, hadsə nəticəsində 5 nəfərin yerindəcə öldüyünü, 2 nəfərin yaralandığını bildirib.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Culfa-Xoy yolunda sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər yaralanıb.

Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadinian açıqlama verib.

O, yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirib.

Qeyd edək ki, İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə  çoxdur.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmilərin diqqətini köhnə maşınlardan istifadəyə yönəldib. Onlar buna etirazını bildiriblər. 

Qeyd edək ki, İranda yerli istehsal olan keyfiyyətsiz  avtomobillərə xalq arasında "ölüm arabaları" adı verilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar