SON XƏBƏRLƏR

Urmuda içməli su qıtlığı yaranıb

2023.09.08, 16:26
Urmuda içməli su qıtlığı yaranıb

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində içməli suyun verilişi dayandırılıb.

Gunaz.tv

Bu barədə urmulular sosial mediada video və məlumatlar paylaşıblar.

Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkəti faktı təsdiqləyib və bunun ötürücü kəmərlərdə zədələnmə ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Urmunun Nəsr şəhərciyində içməli suyun kəsilməsi başlayıb.

Minlərlə sakin içməli suya olan tələbatlarını səyyar su tankerləri vasitəsilə həll etməyə məcbur olublar.

Qeyd edək ki, oxşar problem Xoy və Makı bölgəsinin bir neçə yaşayış məntəqəsində də davam edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar