SON XƏBƏRLƏR

Sosial mediada İran təhdidləri ilə bağlı azərbaycanlı hərbçilərə müraciət edildi

2023.09.09, 15:30
Sosial mediada İran təhdidləri ilə bağlı azərbaycanlı hərbçilərə müraciət edildi

Son günlər İran mediası və SEPAH-ın sosial media kanallarında Azərbaycana qarşı təhdidlərlə bağlı sosial media kanalların güney azərbaycanlı hərbçilərə xitabən müraciət yayılb.

Gunaz.tv

Bu, sentyabrın 8-9-da ən çox paylaşılan mətnlər sırasında olub.

Bildirişdə yazılıb:

"Qeyrətli gənclik
Azərbaycanın igid övladları
Azad və milli fəal zabitlər

“Zəngəzur” məsələsi Azərbaycan türklərinin milli taleyi və Güney Azərbaycanda milli azadlıq mübarizəsinin strateji aralıq həlqəsidir. Panfarsizm irtica və faşizmi Azərbaycanın milli varlığına qarşı hərbi cəbhə yaradır.

Panfarsizm (İranşəhri) mürtəce cəbhəsi və faşizminin hərbi sui-qəsdlərini ifşa etmək və zərərsizləşdirmək üçün şəhərlərdə və sərhədlərdə maddi-texniki və hərbi hərəkətlərdən xəbər və şəkilləri Güney Azərbaycan milli mediasına göndərin.

SEPAH və İran ordusunda çalışan azərbaycanlı hərbi qulluqçuların millətinizin yanında olmasını, İranın mürtəce cəbhəsi və faşizminə qarşı durmalarını, İran silahlı qüvvələrində millətimizə qarşı həyata keçirilən hərbi hərəkətlərin xəbərlərini göndərməklə bu hərəkətləri zərərsizləşdirmələrini istəyirik".

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar