SON XƏBƏRLƏR

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

2023.09.11, 11:40
Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib.

Gunaz.tv

Söhbət zamanı ikitərəfli münasibətlərə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilib.

Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən danışılıb.

  Bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinlənləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar