SON XƏBƏRLƏR

Qubadlı və Zəngilanda meyit qalıqları aşkarlanıb

2023.09.11, 12:51
Qubadlı və Zəngilanda meyit qalıqları aşkarlanıb

Qubadlı və Zəngilanda Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə məxsus olması ehtimal edilən meyit qalıqları aşkarlanıb. Bu barədə Hərbi Prokurorluğun açıqlamasında bildirilib.

Gunaz.tv

"Qubadlı rayonunun Məlikəhmədli  və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal edilənn insan meyitinin qalıqları ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib. 

Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək", - açıqlamada bildirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar