SON XƏBƏRLƏR

Urmu gölünün son görüntüsünü yaydı

2023.09.12, 13:33
Urmu gölünün son görüntüsünü yaydı

NASA 11 sentyabrda Urmu gölünün peykdən çəkilən fotosunu yayıb.

Gunaz.tv

Bu barədə məlumat NASA-nın saytında paylaşılıb.

Fotodan gölün demək olar ki, tamamilə quruduğu və yalnız onun şimal hissəsində kiçik bataqlıq sahəsinin qaldığı məlum olur.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda Urmu gölünün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 700 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar