SON XƏBƏRLƏR

Urmuda Savalan adına olan park lövhəsi götürülüb

2023.09.12, 14:14
Urmuda Savalan adına olan park lövhəsi götürülüb

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yerləşən "Bustani savalan" parkının lövhəsi sökülərək götürülüb.

Gunaz.tv

Bu barədə yerli media fəalları məlumat və fotolar yayıblar.

Bildirilib ki, Savalan adına lövhənin götürülməsi ETTELAAT-ın yerli bölməsinin Urmu bələdiyyəsinə tapışırığı əsasında həyata keçirilib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Urmu Şəhər Şurasında keçirilən toplantıda şəhərdə türkcə yer adlarının qoyulması və bərpasına etiraz edilib.

Şəhər Şurasının qeyri-türk mühacir üzvlərinin "Yaşıl bağ" parkının adının türkcə qoyulmasından narahatlıqlarını bildimələri Şəhər Şurasının komissiya üzvü Gülşən Novruzinin etirazına və şura üzvləri arasında mübahisəyə səbəb olmuşdur.

 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar