SON XƏBƏRLƏR

Azərbaycan Liviyaya başsağlığı verdi

2023.09.12, 21:09
Azərbaycan Liviyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.

Gunaz.tv

Bu barədə nazirliyin X səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Liviyanın Derna şəhərində daşqınlar nəticəsində 6 min nəfər ölüb, ölkə üzrə on minlərlə insan itkin düşüb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar