SON XƏBƏRLƏR

30 il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları Füzuliyə gətirilib

2023.09.13, 14:04
30 il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları Füzuliyə gətirilib

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Allahverdiyev Şəmsəddin Əvəz oğlunun 30 ildən sonra kütləvi məzarlıqda tapılan meyitinin qalıqları Füzuli rayonuna gətirilib.

Gunaz.tv

Füzuli rayonunun 9-cu Qayıdış qəsəbəsində şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin qalıqları rayonun Mahmudlu kəndinin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyul ayının 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb.

1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd Rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar