SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası keçirilib

2023.09.14, 14:53
Təbrizdə etiraz aksiyası keçirilib

Sentyabrın 13-də Şərqi Azərbaycan Vəkillər Birliyinin bir qrup üzvü etiraz aksiyası keçirib.

Gunaz.tv

Onlar İran parlamentinin vəkillərin fəaliyyət icazələri ilə bağlı yeni qərarına etiraz ediblər.

Əllərində plakartlar qaldıran azərbaycanlı vəkillər parlamentin qərarının vəkillərin müstəqil fəaliyyətinin qarşısını almaq üçün verildiyini bildiriblər.

Vəkillərin müstəqil fəaliyyətinin millətin təməl hüquqlarının təminatçısı olduğunu deyib, buna qarşı çıxmağın hüquq sistemi və xalqa qarşı hörmətsizlik olduğunu vurğulayıblar.

Qeyd edək ki, parlamentin yeni qərarına əsasən, vəkillik icazəsinin verilməsi hüquqşünas assosiasiyalarından alınaraq, İqtisadiyyat və Maliyyə Nazirliyinin alt qrumlarına veriləcək.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar