SON XƏBƏRLƏR

Təbrizdə Şəhriyar anıldı

2023.09.18, 13:29
Təbrizdə Şəhriyar anıldı

Təbrizdə Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş mədəni tədbir keçirilib.

Gunaz.tv

Sentyabrın 17-də Şəhriyarın anım günü ərəfəsində mədəni fəallar və sənətçilər Azərbaycan şairinə həsr edilmiş mərasim keçiriblər.

Tədbir güneyli mədəni fəal və sənətçilərin qurduğu Yurdumuzun Sözləri "Kəpənəklər" mədəni qurumunun təşkilatçılığı ilə baş tutub.

Mərasimdə 13 yaşdan aşağı azərbaycanlı uşaqlar Şəhriyarın  Azərbaycan dilində yazdığı şeirləri söyləyiblər. 

Hökumət qurumları tərəfindən törədilən maneələrə baxmayaraq, mərasim azərbaycanlıların böyük rəğbəti ilə qarşılaşıb, Tehran və Qəzvindən olan qonaqların tədbirə qatılmaları mərasimə xüsusi rəng verib. 

Təşkilatçılar mərasimin sonunda Azərbaycan dilində çıxış edən və şeirlər səsləndirən uşaqlara Şəhriyarın portreti həkk edilmiş təqdir lövhələri verilib.

Qeyd edək ki, azərbaycanlıların etirazlarına baxmayaraq, İranın Mədəni İnqilab Ali Şurasının qərarı ilə 2000-ci ildən 18 sentyabr Şəhriyarın anım günü "fars dili və ədəbiyyatı" günü kimi qeyd edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar