SON XƏBƏRLƏR

Separatçı kürd partiyaları Azərbaycan torpaqlarına iddialarını davam etdirir

2023.09.19, 15:25
Separatçı kürd partiyaları Azərbaycan torpaqlarına iddialarını davam etdirir

Kürd terrorist partiyaları İran hakimiyyətinin dəstəyi və susması ilə Azərbaycan torpaqlarına iddialarını davam etdirir.

Gunaz.tv

“İran Kürdüstanı Demokrat Partiyası”, “İranın Kommunist Partiyasının Kürdüstan Təşkilatı-Komelə ”, “Kürdüstanın Azad Yaşam Partiyası (Prjak), “İran Kürdüstanı Xabat Təşkilatı”, “Kürdüstanın Azad Partiyası” və “Kürdüstanın Əməkçi Təşkilatı- Komelə” İranda hakimiyyətə qarşı sentyabrın 16-ı ildönümü bəyanatında Güney Azərbaycana qarşı ərazı iddialarını bildiriblər. 
 

Belə ki, bəyanatda Güney Azərbaycanın Urmu və Qərbi Azərbaycan Əyalətinin çoxlu şəhərlərini öz absurt fikirlərinə görə Kürdüstanın şəhərləri kimi qeyd ediblər.

Azərbaycan xalqı İranın şovenist rejiminin məqsədlərinə xidmət edən belə  boş iddialara laqeyd qalmayacaq. Vaxtında legitim müdafiə hüququ hüdudlarında bütün imkanları ilə bu mühribə anonsuna qarşı dayanacaq, həmçinin öz tarixi ərazilərini qoruyacaq.

Azərbaycan xalqının Güneydə yaşayan hissəsi olaraq bildiririk ki, Azərbaycan torpaqlarına uzanan hər hansı əl qırılacaq. Buna misal Azərbaycan torpaqlarına göz tikmiş Ermənistanın taleyini vurğulayırıq. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar