SON XƏBƏRLƏR

Günaz.TV-nin efirində “Hədis” filmi yayımlanacaq

2023.09.21, 11:37
Günaz.TV-nin efirində “Hədis” filmi yayımlanacaq

Güneyli soydaşımız, milli fəal Hədis Nəcəfinin qətlə yetirilməsindən bir il ötür.

Gunaz.tv

Onun ölümünün ildönümü günü-21 sentyabrda Güney Azərbaycan Televiziyasının efirində - xəbərlər proqramının əsas buraxılışından dərhal sonra  Hədis Nəcəfinin həyat və mübarizəsinə həsr edilən “Hədis” qısametrajlı animasiya filmi nümayiş etdiriləcək. 

 Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, animasiya rejissoru isə Firəngiz Bağırovadır. Filmin ideyası və  maliyyə dəstəyi Şimali Koliforniyadakı Azərbaycan Mədəniyyəti Cəmiyyətinə məxsusdur.

Qeyd edək ki, “Hədis” 3 ölkənin- Azərbaycan, Çexiya və ABŞ-ın birgə istehsalıdır. 23-dən çox festivalda nümayiş etdirilən film Hədis Nəcəfi ilə yanaşı, güney Azərbaycanda öz milli haqları, azadlıqları uğrunda mübarizə aparan bütün soydaşlarımıza həsr olunub.  

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar