SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı: "İran nüvə silahı əldə etsə, biz də bunu edəcəyik"

2023.09.21, 12:43
Səudiyyə Ərəbistanı: "İran nüvə silahı əldə etsə,  biz də bunu edəcəyik"

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman İranın nüvə silahı əldə etməyə çalışdığına işarə edərək, ölkəsinin də buna əl ata biləcəyini deyib.

Gunaz.tv

"Əgər İran nüvə silahı əldə etsə, biz də bu sahədə addımlar ata, nüvə silahlarının əldə edilməsinə çalışa bilərik",- Bin Salman bildirib.

O, bununla yanaşı,  İsrail və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin normallaşması barədə məsələlərə də aydınlıq gətirib.

"Hər gün münasibətlərin normallaşmasına daha da yaxınlaşırlar",- Məhəmməd Bin Salman bildirib.

Qeyd edək ki, vəliəhdin bu çıxışı İranın dövlət mediasının İsrail və Səudiyyə  Ərəbistanı arasında münasibətlərin normallaşdırılması istiqamətindəki danışıqların dayandırılması barədə təbliğatı ilə eyni vaxta təsadüf edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar