SON XƏBƏRLƏR

Rəisi Ermənistanın prezident və baş nazirini təbrik etdi

2023.09.21, 15:46
Rəisi Ermənistanın prezident və baş nazirini təbrik etdi

İran prezidenti İrbahım Rəisi Ermənistanın müstəqillik günü ilə bağlı bu ölkənin prezidenti Vahagen Xaçatoriyan və baş nazir Nikol Paşiniyanı təbrik edib.

Gunaz.tv

Ermənistanı dost və qardaş ölkə adlandıran Rəisi təbrik məktubunda iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini deyib.

"Son illərdə əməkdaşlığın genişləndirilməsi tendensiyası İran və Ermənistan münasibətlərinin gələcəyinin müsbət və perspektivini göstərir. Ümid edirəm ki, iki dost və qonşu ölkə olan İran və Ermənistan arasında münasibətlər müxtəlif sahələrdə daha da inkişaf edəcək və dərinləşəcək. Önümüzdəki illərdə münasibətlərin inkişafının meyvə və bərəkətlərindən ölkələrimizin xalqı faydalanacaq",- İran prezidenti bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşiniyana ünvanladığı ayrıca məktubda  ölkəni müstəqillik ildönümü və milli gün münasibətilə təbrik edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar